Dünya

Yəməndə hava zərbələri nəticəsində 11 dinc sakin ölüb

  • 20 Nov 2017
  • 281 baxış

Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələrinin endirdiyi hava zərbəsi  nəticəsində Yəmənin Əl-Cauf əyalətində 11 nəfər ölüb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, koalisiya qüvvələrinə məxsus təyyarələr Əl-Məslub rayonunda yaşayış massivini bombalayıblar. Nəticədə 3 qadın və 8 uşaq həyatını itirib.

Yəməndə üsyançı husilər ("Ənsər Allah" hərəkatı), sabiq prezident Əli Abdulla Salehi dəstəkləyən qüvvələr və Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın dəstəklədiyi hazırkı prezident Abd Rabbu Mənsur Hadiyə tabe olan qoşunlar  arasında münaqişə 2014-cü ildən davam edir. Səudiyyə Ərəbistanın rəhbərliyi altında ərəb koalisiyası 2015-ci il, martın 26-dan Yəməndə üsyançı husilərin nəzarəti altında olan ərazilərə hava zərbələri endirir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-11156-yemende-hava-zerbeleri-neticesinde-11-dinc-sakin-olub..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11