idman

"Mənə zəng gəldi, bunu görməzdən gələ bilməzdim"

  • 20 Nov 2017
  • 260 baxış

"Napoli"nin kapitanı Jorjinyo A Seriyasının 12-ci turunda "Milan" üzərində qazanılan qələbəni (2:1) şərh edib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, əslən brazilyialı olan yarımmüdafiəçi İtaliya millisini seçməsindən də danışıb.

"Çempionluq titulu mübarizəsinə vacib qələbə oldu. Yaxşı komanda ilə oynayırdıq. Matç ağır keçdi. İntriqanı daha tez öldürə bilərdik, bunu edə bilmədik. Nəticədə oyunun sonlarında rəqibin təzyiqi ilə üzləşdik. Əsas odur ki, 3 xal bizim oldu.

Etiraf edim ki, İtaliya millisində keçirdiyim ilk günlər həm çətin, həm də möcuzəli idi. Karyera və həyatda bu cür mühüm seçim etmək asan deyil. Sona qədər Braziliya millisinə dəvət almaq ümidlərin qalırdı. Mənə zəng gəldi, bunu görməzdən gələ bilməzdim. Bir neçə gün başım fırlandı. Amma peşman olmadığım qərar verdim. İtaliya millisində oynadığıma görə şadam və azarkeşləri sevindirmək istəyirəm. Bu ölkəni sevirəm".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR