idman

"Qarabağ"ın sabiq hücumçusunun qol vurduğu oyunda "Mançester Yunayted"ə məxsus antirekord yeniləndi

  • 20 Nov 2017
  • 220 baxış

"Qarabağ"ın keçmiş futbolçusu Samuel Armenterosun çıxış etdiyi İtaliyanın "Benevento" komandası top-çempionatlar arasında mövsümün startındakı məğlubiyyət sayında antirekord müəyyənləşdirib.

XalqTV.com report-a istinadən xəbər verir ki, A Seriyasının autsayderi XIII turda "Sassuolo"ya 1:2 hesabı ilə uduzub. "Benevento"nun yeganə qolunu 65-ci dəqiqədə məhz isveçli forvard Armenteros vurub.

Bu, mövsümdə 13-cü məğlubiyyət kimi qeydə alınıb. Əvvəlki antirekord İngiltərə "Mançester Yunayted"inə məxsus olub. "Qırmızı şeytanlar" 1930/1931 mövsümündə Premyer Liqanın ilk 12 turunu məğlub başa vurub.

Qeyd edək ki, "Benevento" tarixində ilk dəfə A Seriyasında çıxış edir. Növbəti iki turda bu komandanı "Atalanta" ilə səfər, "Milan"la isə ev oyunları gözləyir. Samuel Armenteros bu yay transfer olunduğu komandada cəmi bir qol vurub. O, "Qarabağ"da 2015-2016 mövsümündə çıxış edib və 23 oyuna 7 qol vurub.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> u="" usunun="" vspace="5" xsus="" />

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR