İqtisadiyyat

Elman Rüstəmov: 2018-ci ildə inflyasiya 6 faizədək azaldılmalıdır

  • 21 Nov 2017
  • 350 baxış

Azərbaycan Mərkəzi Bankı 2018-ci ildə inflyasiya səviyyəsinin 6 faizədək azaldılması üçün ölkə hökuməti ilə sıx işləyəcək.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin plenar iclasında gələn il üçün büdcə paketinin müzakirələri zamanı Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, bu il Mərkəzi Bank mühafizəkar antiinflyasiya siyasəti yeridir və bu çərçivədə milli valyutada toplanmanın stimullaşdırılması məqsədilə faiz dərəcəsi artırılmayıb. E.Rüstəmov qeyd edib ki, 2017-ci ilin 10 ayı ərzində Azərbaycanda orta illik inflyasiya yüksək olub - 13,7 faiz.

Qeyd edək ki, Azərbaycan hökuməti 2017-ci il üçün orta illik inflyasiyanı 13,2 faiz səviyyəsində proqnozlaşdırıb.

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR