Siyasət

"Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək"

  • 21 Nov 2017
  • 388 baxış

Əminəm ki, Azərbaycan işğal altındakı ərazilərini tezliklə azad edəcək.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş tədbirdə deyib.

O qeyd edib ki, bu müddət ərzində Gürcüstan və Azərbaycan arasında yaxşı qonşuluq, dostluq və qarşılıqlı hörmət münasibətləri inkişaf edib:

"Bizim münasibətlərimiz region və dünya üçün nümunə olmalıdır".

Birgə layihələr haqqında danışan səfir, Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə salınmasının tarixi hadisə olduğunu qeyd edib.

Səfirin sözlərinə görə, bu layihə Avropada enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycan və Gürcüstanın unikal imkanlarını nümayiş etdirdi

Gürcüstan səfiri Bakı-Tbilisi-Ərzurum və "Cənub Qaz Dəhlizi" kimi layihələrin əhəmiyyətini də vurğulayıb.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-11277-azerbaycan-ishgal-altindaki-erazilerini-tezlikle-azad-edecek..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11