idman
Stolüstü tennisçilərimiz finala gedən yolda büdrədilər
Azərbaycanın kişilərdən ibarət stolüstü tennis yığması Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında bürünc medal uğrunda mübarizə aparacaqlar.
XalqTV.com Trend-ə istinadən bildirir ki, komandamız yarımfinalda Türkiyə millisi ilə qarşılaşıb. Qardaş ölkə təmsilçiləri finala yüksəliblər - 3:0.
Yığmamız üçüncü yer uğrunda görüşdə Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.
Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.
XalqTV.com
RƏYLƏR








