SAĞLAMLIQ

Sağlam və parlaq dəriyə sahib olmağın 5 sirri

  • 24 Nov 2017
  • 357 baxış

Hər gün dərinizə ayıracağınız qısa bir zaman kəsiyi dərinizin sağlam və parlaq olmasına səbəb ola bilər. Siz də belə dəriyə sahib olmaq istəyirsinizsə, o zaman aşağıda yazılanlara əməl etməlisiniz. Bunu sizə Acıbadəm Atakənt Xəstəxanası Dəri Xəstəlikləri Uzmanı Doktor Selda Yıldırım tövsiyə edir.
1. Dərinizi gündə 2 dəfə təmizləyin.
XalqTV.com immunitet.az-a istinadən bildirir ki, səhər və axşam dərinin təmizliyinə ayırdığınız bir-neçə dəqiqə dərinizin təbii və parlaq görüntüyə sahib olmasına səbəb olacaq. Dərinizdə gecə boyu yığılıb qalmış yağlar, səhərdən axşama kimi dəriyə qonan ətrafdakı toz və kir təmizləndikdə dəri rahat nəfəs alacaq və dəri parlaq görüntüyə sahib olacaq. Dərisinə krem və digər makiyaj sürtən adamların isə üzünü ilıq su ilə yumaları məsləhət bilinir.
2. Nəmləndiricidən istifadə edin.
Küləkli hava dərinin quruluğunu artırır. Bu zaman nəmləndirici krem dərinin üstündə qoruyucu bir təbəqə rolu oynayacaqdır. Nəmləndirici krem dərini küləkdən, çatlamalardan, qabıqvermədən qoruyur. Ancaq hər dəriyə öz xüsusiyyətinə uyğun olan nəmləndirici seçilməlidir. Çünki yağlılığı çox olan dəriyə nəmləndirici krem sürtmək dərini daha da yağlı edərək sızanaqların sayını artıra bilir.
3. Dəri və su.
Oranizminizdə digər orqanlar kimi dərinizin də suya ehtiyacı böyükdür. Bu səbəbdən də gün ərzində 8-10 stəkan su içilməlidir.
4. Yaşlanmanı azaltmaq.
Orqanizminizdəki yaşlanmanın sürətini azaltmaq üçün gündəlik qidalanmanıza diqqət yetirin. Düzgün qidalanma seçimi dərinizin də yaşlanmasının qarşısını alacaq.
5. Yuxu rejimi.
Düzənli yuxu insanın dərisinə öz gözəl təsirini göstərir. Doktor Selda Yıldırım qeyd edir ki, gün ərzində ən azı 8 saat rahat yuxulamanın dəriyə müsbət təsiri böyükdür. Normal yuxu zamanı hüceyrələrdə olan sərbəst radikalların sayı azalaraq orqanizmin bərpa reaksiyalarının baş verməsini təmin edir. Bu da dərinin elastikliyini artırır, dəridə əmələ gələn qırışların yaranma sürətini zəiflədir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO