Dünya

Fettel və Hemilton Bakıdakı toqquşmanı xatırladılar

  • 24 Nov 2017
  • 303 baxış

"Formula-1"in Əbu-Dabi (BƏƏ) Qran-prisi öncəsi keçirilən mətbuat konfransında "Mercedes"in britaniyalı pilotu Lüis Hemilton və "Ferrari"nin alman üzvü Sebastyan Fettel səmimi söhbət edərək mövsüm ərzində aralarında yaşanmış qarşıdurma ilə bağlı zarafatlaşıblar.

XalqTV.com report-a istinadən xəbər verir ki, britaniyalıya mövsüm boyu onun ifasında ən parlaq məqam barədə sual verəndə, Fettel söhbətə müdaxilə edərək soruşub: "Bəlkə Bakıdan başlayarq?".
Mövsümün sonunda mükafatların sayının artırılmasının zəruriliyi barədə suala Fettel belə cavab verib:

"Mən ilin manevri və adamı mükafatı almalıyam. Feyr-pley? Yəqin ki, yox. Lakin Azərbaycan Qran-prisinə görə ilk iki nominasiya mənim olmalıdır", - deyə "Planet F1" alman pilotun sözlərini sitat gətirib.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-11392-fettel-ve-hemilton-bakidaki-toqqushmani-xatirladilar..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11