Dünya

Tramp: "Yaxın Şərqdə mövcudluğumuz böyük səhv idi"

  • 24 Nov 2017
  • 261 baxış

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Yaxın Şərqdə mövcudluğunu səhv addım adlandırıb.

XalqTV.com Trend-ə istnadən xəbər verir ki, dövlət başçısı bu barədə "Twitter"dəki səhifəsində yazıb.

D.Tramp bildirib ki, o, Yaxın Şərqdəki vəziyyəti bu gün türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı müzakirə edəcək.

ABŞ Prezidenti Yaxın Şərqdəki mürəkkəb vəziyyətin ona əvvəlki hakimiyyətdən miras qaldığını bəyan edib: "İlk növbədə, bizim bu regionda olmağımız böyük səhv idi. Orada insan həyatları ilə yanaşı, 6 trilyon dollar itirilib. Mən bunu düzəldəcəyəm".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR