Dünya

Misirdə məsciddə faciə: 155 nəfər partadıldı, güllələndi - YENİLƏNİB - VİDEO - FOTO

  • 24 Nov 2017
  • 299 baxış

17:48

Misirin Sinay yarımadasının şimalındakı əl Ariş şəhərinin yaxınlığındakı Rəvda qəsəbəsində əl Rəvda məscidinə terror hücumu nəticəsində 155 nəfər həlak olub, 60 nəfər yaralanıb.

XalqTV.com The Independent-ə istinadən bildirir ki, həlak olanların və yaralananların əksəriyyəti məscidə cümə namazına gəlmiş hərbçilərlə polislərdir.

/>

Məscidə hücum edən terrorçular namaz qılanlara əl qumbaraları atandan sonra ciplərdəki pulemyotlardan atəş açıblar.

Al Ghaader isə bildirir ki, terrorçular məsciddə cümə namazı zamanı partladıcı qurğunu işə salıblar, sonra isə məsciddəki şəxsləri atəşə tutublar.

Daha sonra onlar məscidin qarşısında saxlanmış avtomobilləri yandırıblar, kəndə gedən yolu bağlayıblar.

Nile News teraktda 152 nəfərin həlak olduğunu iddia edib.

/>

Təcili yardım xidmətinin rəhbəri Əhməd əl Ənsərinin dediyinə görə, teraktdan dərhal sonra olay yerinə 50 təcili yardım maşını göndərilib.

Misirin Səhiyyə Nazirliyinin mətbuat katibi Xaled Mücahidin sözlərinə görə, yaralılar əl Ariş və Bil əl Əbda şəhərindəki xəstəxanalara aparılıblar.

Əl Ravda məscidi Sinay yarımadasının şimalında ən böyük məsciddir və Misirin Vəqflər Nazirliyinə məxsusdur.

Məscid Əl Ariş- əl Kantara yolunun yanında, əl Arişdən qərbdəki bil əl Abdda yerləşir.

/>

Misir prezidenti Əbdülfəttah Xəlil əs Sisi təcili toplantı çağırıb. Polis və hərbçilər teraktın törədildiyi yeri mühasirəyə alaraq terrorçuları arayırlar.

-----------

17:35

Misirin əl-Ariş şəhərinin əl-Raud kəndindəki məsciddə cümə namazı vaxtı terrorçuların hücumu nəticəsində ölənlərin sayı 155-ə, yaralıların sayı isə 80 nəfərə çatıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, bunu hakimiyyət nümayəndələri bildiriblər.

/>

---------

15:58

Misirin Sinay yarmadasında məscidə hücum olub.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, silahlıların məscidə hücumu nəticəsində azı 50 nəfərin həlak olduğu bildirilir.

Yaralıların da olduğu qeyd olunur. Hadisə ilə bağlı əlavə məlumat verilməyib.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:

/> vspace="5" />

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR