SAĞLAMLIQ

Darçın arıqlamağa kömək edir

  • 25 Nov 2017
  • 364 baxış

"The Independent" qəzetində dərc olunmuş başqa bir məqalədə deyilir ki, darçın insanlarda piyin əridilməsi prosesinə xeyli kömək edə bilər.

Cinnamaldehyde və ya Darçın aldehidi bu ədvaya xüsusi tam və ətir verən yağdır.

Əvvəllər aparılmış təcrübələr bu yağın siçanlarda piylənmənin qarşısını aldığını göstərib.

Lakin indi Michigan Universitetinin alimləri bu nəticəyə gəliblər ki, darçın həm də bədənin maddələr mübadiləsinə hərəkət verən termogenezi aktivləşdirir. Maddələr mübadiləsi bədəndəki piyin əridilməsində xüsusi rol oynayır.

Buna görə də darçının arıqlamaq üçün effektiv vasitə olduğu düşünülür.

Universitetin Həyat Elmləri İnstitutunun aparıcı tədqiqatçısı Jun Wu Darçın aldehidinin xüsusi keyfiyyətləri barədə əvvəllər də məlumatlı idi.

"Biz sadəcə olaraq bu kimyəvi maddənin orqanizmə təsirini öyrənməyə çalışdıq. Biz bilmək istəyirdik ki, siçanlarla təcrübədə əldə edilmiş nəticələr insanlar üzərində təcrübələrdə də təsdiq olunacaqmı?" -alim deyib.

Wu və onun komandası könüllülərdən alınmış piy hüceyrələrinə Darçın aldehidinin təsirini öyrənməyə başlayıblar. Bu təcrübələr zamanı bəlli olub ki, lipid mübadiləsini gücləndirən gen və enzimlər aktivləşib.

Alimlər bundan belə bir nəticəyə gəliblər ki, darçın istehlak edən insanlarda termogenez prosesi aktivləşir və bu da piyin əriməsinə səbəb olur.

İndi alimlər darçının bu təsirinin fəsadları olub-olmadığını öyrənməyə çalışırlar.

Bundan başqa, Wu, hələlik təcrübələrini yalnız laboratoriyada aparıb və indi onu real insan orqanizmində yoxlamağı düşünür.

"Darçın minilliklərdir ki, bizim qidamıza daxil olub, - alim deyib, - Əgər o, üstəlik də piylənmənin qarşısını ala bilərsə, bizə metabolik sağlamlığın möhkəmləndirilməsində çox faydalar verə bilər".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO