Dünya

Leysan yağışları Gürcüstanda ciddi problemlər yaradıb - FOTO

  • 21 May 2017
  • 270 baxış

İki gündür Gürcüstanda yağan aramsız leysan yağışları ölkədə ciddi problemlər yaradıb.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, mayın 21-də ölkənin qərb bölgəsində torpaq sürüşməsi fəallaşıb və artıq bir neçə dağ kəndi ilə əlaqə kəsilib.

Borjomidə də acınacaqlı vəziyyət yaranıb. Hazırda Gürcüstanın struktur bölmələri və xilasedicilər təhlükəli ərazilərdən insanları təxliyə edirlər.

İmereti bölgəsindən axan Rioni çayı yatağından çıxıb, sel suları yol infrastrukturunu dağıdıb, kənd təsərrüfatı sahələri, evlər su altında qalıb.

Leysan yağışları Kaxeti, Kvemo Kartli-Borçalı, Şida Kartli, Sameqrelo bölgələrinə də ciddi ziyan vurub. Bu bölgələrdə evləri və əkin sahələrini su basıb.

Eyni zamanda, güclü yağışlar nəticəsində Kür çayının səviyyəsi xeyli qalxıb. Bəzi ərazilərdə çay öz yatağından çıxıb, yollar dağılıb, ictimai-iaşə obyektlərini sel aparıb.

Sinoptiklər yağışların mayın 24-dək davam edəcəyini bildirirlər.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/19/cached-xeber-1152-leysan-yagishlari-gurcustanda-ciddi-problemler-yaradib---foto..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11