"Fənərbağça"nın sabiq hücumçusu sərbəst buraxıldı
Türkiyə millisinin və "Fənərbağça"nın sabiq hücumçusu, vaxtilə Super Liqanın bombardiri olmuş Zafer Biryol bir müddət öncə Biryol İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "Fətullahçı Terror Təşkilatı" (FETÖ) ilə bağlı istintaq çərçivəsində həbs edilmişdi.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, sabiq hücumçu FETÖ təşkilatına dəstəkdə ittiham olunurdu. Lakin ötən gün o, sərbəst buraxılıb. Buna baxmayaraq, o, polis nəzarəti altında olacaq.
Biryol karyerası ərzində "Mərsin İdman Yurdu", "Edirnespor", "Göztəpə", "Fənərbağça", "Bursaspor", "Çaykur Rizəspor" kimi komandalarda top qovub. O, Super Liqanın 2003-04 mövsümündə "Konyaspor"un heyətində 25 dəfə fərqlənərək, çempionatın bombardiri olub.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində