Siyasət

Rusiyanın Ermənistana satacağı təbii qazın qiyməti açıqlandı

  • 29 Nov 2017
  • 384 baxış

Rusiyanın gələn il Ermənistana satacağı təbii qazın qiyməti müəyyənləşib. 

XalqTV.com report-a istinadən xəbər verir ki, Yerevan min kubmetr qazı 150 dollara alacaq. 
Bu razılaşma 2018-ci il yanvarın 1-dən dekabrın 31-dək qüvvədə olacaq. Ermənistan hökuməti Rusiyadan təbii qaz alınması ilə bağlı müqaviləni noyabrın 30-da keçiriləcək iclasında müzakirə edəcək. 

Qeyd edək ki, Rusiya qazının Ermənistana nəqli haqqında Ermənistan-Rusiya protokolu 2013-cü il dekabrın 2-də imzalanıb. Həmin müqavilədə Moskvanın qazın min kub mertini 165 dollara satması nəzərdə tutulurdu. 2016-cı ilin aprelində isə iki ölkə hökuməti sənədi yenidən müzakirə edib və qazın qiyməti 150 dollara endirilib. 

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-11630-rusiyanin-ermenistana-satacagi-tebii-qazin-qiymeti-aciqlandi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11