SAĞLAMLIQ

Ağırlaşma baş verməyibsə, hepatit B-ni müalicə etmək mümkündür

  • 29 Nov 2017
  • 334 baxış

İldən-ilə dünyada geniş yayılan xəstəliklərdən olan hepatit B virusundan əziyyət çəkənlərin sayı artır. Onun artım sürəti xəstəliklə mübarizəni gücləndirilməsini vacib edir. Xəstəlik bir sıra hallarda solğunluq, saralma, halsızlıq, ürək bulantısı, yüksək temperatur və üşümə simptomları ilə özünü büruzə verir, bəzən isə həmin əlamətlər olmur.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının qastroenteroloqu Vüqar Rəsulov universitetin mətbuat xidmətinə verdiyi müsahibədə bu barədə danışıb: "Xəstəlik normal yaşam tərzi ilə izlənilir. İnkubasiya müddəti təxminən 24 həftə davam edir, əsasən özünü zəif və qrip bənzəri simptomlarla bulantı, zəiflik, halsızlıq, iştahasızlıq, hərarət, başağrısı, qarınağrısı kimi əlamətlərlə büruzə verir. Hətta illər boyu heç nədən şikayətlənməyənin qanında və qaraciyərində həmin virusun olma ehtimalı var. Xəstə kəskin forma və ağırlaşmalarla həkimə müraciət edəndə gecikmiş olur və uğurlu nəticə əldə etmək çətinləşir. Hətta bəzən qaraciyər sirrozu və qaraciyər xərçəngi ilə ağırlaşmalara aparıb çıxarır".

Həkim hepatit B-nin müalicəsi barədə bunları söyləyib: "Müayinə və müalicələrin vaxtında başlanılması və düzgün istiqamətdə aparılması çox mühüm şərtdir. Xəstə hepatit B qaraciyər sirrozu və qaraciyər xərçəngi ilə ağırlaşmayıbsa, irəliləyişə nail olmaq olar. Ağırlaşma baş veribsə, hepatit B-nin müalicəsi ayrıca aparılmalıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO