Dünya

Barselonada 120 milyon avro dəyərində heroin partiyası müsadirə edilib

  • 29 Nov 2017
  • 276 baxış

İspaniya polisi "qara bazar"da qiyməti 120 milyon avro təşkil edən heroin partiyası müsadirə edib.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu İspaniya daxili işlər naziri Xuan İqnasio Soido bəyan edib.

Nazir bildirib ki, heroinin ümumi çəkisi 330 kiloqramdan artıqdır. Bu, İspaniyaya müsadirə edilən ən iri heroin yüküdür.
 
"Mundo" qəzetinə görə, narkotik vasitələr Barselona limanında konteynerlərdə saxlanılan sement kisələrdə gizlədilib. Faktla bağlı saxlanılanların olduğu bildirilir. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR