Dünya
Ermənistan nümayəndə heyəti QDİƏT PA-nın iclasını tərk etdi
Ermənistan nümayəndə heyəti Kiyevdə keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Parlament Assambleyasının iclasını tərk edib.
XalqTV.com Trend-ə istinadən xəbər verir ki, onlar iclas zamanı Ukrayna nümayəndə heyətinin bəyannaməyə təklif etdiyi "Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ərazi bütövlüyünün bərpasına kömək göstərmək" barədə düzəlişə etiraz edərək iclası tərk ediblər.
Qeyd olunur ki, digər nümayəndə heyətlərinin iştirak etdiyi müzakirələrə Ermənistan nümayəndə heyəti dəvət edilməyib.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
RƏYLƏR