Dünya

Bu il ailə quran əcnəbi ulduzlar - FOTO

  • 01 Dec 2017
  • 274 baxış

XalqTV.com axşam.az-a istinadən bu il ailə quran məşhurları təqdim edir:

1. İdmançı Serena Uilyams və Aleksis Oqanyan - dünyanın ilk raketkası titulunun sahibi 35 yaşlı idmançı qızının 11 həftəsində ailə qurub. Ötən ay baş tutan mərasimdə 250-dən çox qonaq iştirak edib.

/>

2. Müğənni Adel və Saymon Konekki - 2011-ci ildən görüşən cütlüyün yanvar ayında rəsmi nikaha girdiyi bildirilir. Gizli baş tutan toyda yalnız ikilinin qohumları iştirak edib. Adel və Saymanonun 5 yaşlı Ancelo adlı oğulları var. 

/>

3. Aktrisa Amanda Seyfred və aktyor Tomas Sadoski - bu ilin martında gizlicə ailə quran daha bir məşhur cütlük. Rəsmi nikaha girən vaxt Amanda hamiləliyinin son ayında olub. Cütlüyün az sonra qız övladı dünyaya gəlib.

/>

4. Aktyor Cim Parsons və dizayner Todd Spivak - 10 ildir sevgili olan cütlük bu ilin mayında rəsmi nikaha girib. 

/>

5. Model Miranda Kerr və milyarder Evan Şpigel - cütlük bu ilin mayında Los-Ancelesdə nikah masasına oturub. Hazırda hamilə olan modelin Evandan ilk övladı dünyaya gələcək. Bundan əvvəl aktyor Orlando Blum ilə evli olan MirandanınFlin adlı bir oğlu var.

/>

6. "Barselona" ulduzu Lionel Messi və 6 illik sevgisi Antonella Rokusso - bu ilin iyununda ailə qurublar. Cütlüyün 4 yaşlı Tyaqo, bir yaşlı Mateo adlı 2 oğlu var. Hazırda Antonella hamilədir. 

/>

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR