Dünya

"Fənərbağça" "Şaxtyor"un futbolçusunu almaq istəyir

  • 22 May 2017
  • 216 baxış

"Fənərbağça" yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, sol cinaha xüsusi diqqət ayıran "Fənərbağça" "Şaxtyor"a məxsus olan, icarə əsasında "Zorya"da çıxşı edən Eduard Sobolun xidmətində maraqlıdır.

"Zorya"da 25 oyunda forma geyinən Sobolun Ukrayna klubunda əsas heyətdə yer alacağı inandırıcı görünmür. Klub Sobolu 1 il daha icarəyə vermək fikrindədir.

"Şaxtyor" ilə "Fənərbağça" arasında olan yaxşı münasibət bu transferin reallaşacağı ehtimalını artırır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR