Dünya

Hondurasda etirazlar: 1 nəfər ölüb, 20-si yaralanıb

  • 02 Dec 2017
  • 258 baxış

Hondurasda ötən bazar baş tutan prezident seçkilərinin yekun nəticələrinin açıqlanmaması ilə əlaqədar keçirilən etirazlar zamanı azı 1 nəfər ölüb, daha 20-si yaralanıb.

XalqTV.com  "Report"a istinadən bildirir ki, Ali Seçki Məhkəməsinin son məlumatlarına görə, bülletenlərin 94,33 faizinin hesablanmasından sonra hazırkı prezident Xuan Orlando Ernandes 42,92 faiz səslə liderlik edir.
Onun müxalifətdən olan rəqibi Salvador Nasralla hələ ki, səslərin 41,42 faizini toplayıb. Namizədə qələbə üçün sadə səs çoxluğu lazımdır.
"Financiero" portalının məlumatına görə, müxalifətin etirazları nəticəsində La-Seyba şəhərində bir nəfər öldürülüb. Yaralılar arasında 12 polis və hərbçi var.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR