Dünya

Rusiyada azərbaycanlı polisin rüşvət tələbinə etiraz edərək özünü yandırdı

  • 03 Dec 2017
  • 250 baxış

Rusiyada ticarətlə məşğul olan azərbaycanlı polisin ondan rüşvət tələb etməsinə etiraz əlaməti olaraq özünü yandırıb.

XalqTV.com report.az-a istinadən bildirir ki, hadisə Moskva ətrafındakı Korolyov şəhərində, Qrabina küçəsində baş verib.

Yaralı xəstəxanaya yerləşdirilib.

"MK" agentliyi həmin şəxsin Moskva ətrafında meyvə-tərəvəz satışı üçün çadır açan Rövşən Allahverdiyev olduğunu xəbər verib. Faktla bağlı cinayət işi açılıb.

Hadisə ilə əlaqədar 1 polis əməkdaşı saxlanılıb və ona qarşı ittiham irəli sürülərək həbs edilib. İstintaq cinayətin baş verməsinə səbəb olmuş digər polis əməkdaşlarının da kimliyini araşdırır. 
Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları R.Allahverdiyevdən xeyli miqdarda rüşvət tələb ediblər. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR