Dünya

Sənada toqquşmalarda ölənlərin sayı 200 nəfəri ötüb

  • 03 Dec 2017
  • 291 baxış

Yəmənin paytaxtı Sənada qiyamçı husilər və prezident Əli Abdulla Salehin tərəfdarları arasında toqquşmalar zamanı 200 nəfərdən çox insan ölüb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, husilərin nəzarətinə keçmiş Səna uğrunda döyüşlər noyabrın 29-da başlayıb. Yəmən prezidentinin tərəfdarları şəhərin bir çox rayonlarında husiləri sıxışdırıb, şəhərin əksəriyyətinə nəzarəti ələ keçirib. Hələ dekabrın 2-də toqquşmalarda ölənlərin sayının 100 nəfəri keçdiyi açıqlanmışdı.

Qeyd edək ki, 2014-cü ilin avqustundan Yəməndə legitim hakimiyyətə sadiq qüvvələrlə qiyamçı husilər arasında toqquşmalar başlayıb. Münaqişə 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının husilərə qarşı hava əməliyyatlarına başlaması ilə daha aktiv mərhələyə keçib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/05/18/cached-xeber-11843-senada-toqqushmalarda-olenlerin-sayi-200-neferi-otub..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11