Dünya

Zimbabvedə ağır yol qəzası: 21 ölü

  • 04 Dec 2017
  • 306 baxış

Zimbabvenin şimal-qərbində 69 nəfəri daşıyan yük maşını aşıb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, yük maşınının aşması nəticəsində 21 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Məlumata əsasən, qəzaya səbəb sürücünün idarəetməni itirməsi olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR