idman

Yığmamızın hücumçusu yenə "kvadrat"da qaldı

  • 04 Dec 2017
  • 310 baxış

Qadın voleybolçular arasında İtaliya A seriyasında IX turun oyunları keçirilib.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın şərəfini qoruduğu "Skandiççi" "Konegliano"nu qəbul edib.

Qarşılaşma təmsilçimizin komandasının 1:3 (26:24, 22:25, 22:25, 23:25) hesablı məğlubiyyəti ilə yekunlaşıb. Səmədova 8 turda olduğu kimi bu dəfə də oyunu "kvadrat"dan izləyib. Komandanın baş məşqçisi Karlo Parisi voleybolçumuza bu dəfə də şans verməyi lazım bilməyib. "Skandiççi"nin rəsmi feysbuk səhifəsi isə hücumçumuzun yalnız məşq şəkillərini paylaşmaqla, onun düşərgədə olduğunu təsdiqləyir.

Qeyd edək ki, aktivində 20 xal olan "Skandiççi" məğlubiyyətdən sonra 4-cü yerə enib. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-11885-yigmamizin-hucumcusu-yene-kvadratda-qaldi..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11