idman

"Yaxın vaxtlarda ən optimal formada olacağıq"

  • 04 Dec 2017
  • 252 baxış

"Mançester Yunayted"in yarımmüdafiəçisi komandanın Premyer Liqada çempionluq mübarizəsini davam etdirəcəyini deyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, ispaniyalı havbek "qırmızı şeytanlar"ın yaxşı formada olduqlarını dilə gətirib.

"Yaxın vaxtlarda ən optimal formada olacağıq. İkinci pillədə gedirik və zirvəyə yüksəlmək istəyirik. "Arsenal"la oyunda yaxşı nəticə qazandıq. İlk 15 dəqiqədə öldürücü oynadıq, De Xea inanılmaz idi. Linqard və Poqba formadadır. Poqbanın qırmızı vərəqə almasından təəssüfləndim. Lukaku qol vurmasa da, komandaya çox köməyi dəydi. Lindelöf əla forma yığıb. Biz optimist düşünürük".

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR