Bu ilin adamı seçildi
Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salman əl Səud "Time" jurnalının oxucuları tərəfindən "İlin adamı" seçilib.
XalqTV.com bildirir ki, 32 yaşlı şahzadə onlayn səsvermədə səslərin 24 faizini toplayıb.
Məhz şahzadə Məhəmməd krallıqda korrupsiya ilə mübarizəyə başlayıb. Ötən ayın əvvəllərində onun əmri ilə kral ailəsinin 11 mənsubu, habelə 48 nazir və sabiq nazir tutulub
Reytinqdə 2-ci yeri "#MeToo" ("Mən də") kampaniyası tutub. Kampaniya iştirakçıları təcavüz qurbanları olmalarından bəhs edirlər.
3-cü yeri 5 faiz səslə Amerika futbolu oyunçusu Kolin Kapernik, xüsusi prokuror Robert Müller və qanunsuz miqrantların övladları olan "Arzulara dalanlar" tutublar.
>Time jurnalı "İlin adamı"nın adını dekabrın 6-da açıqlayacaq.
Adətən, redaksiyanın seçimi oxucuların seçimindən fərqlənir.
XalqTV.com
Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin