İqtisadiyyat

BTQ ilə yola salınan Azərbaycana məxsus ilk qatar Türkiyəyə çatıb

  • 05 Dec 2017
  • 451 baxış

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu ilə yola salınan "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus ilk qatar Türkiyə ərazisinə çatıb.

XalqTV.com bildirir ki, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, dekabr ayının 5-də "Azərbaycan Dəmir Yolları" QSC-yə məxsus olan vaqonlardan ibarət olan ilk yük qatarı BTQ ilə yola salınıb.

Hərəkətin təhlukəsizliyi üzrə müfəttişlik aparatının rəisi Kazım Şərifov bildirib ki, Axalkalaki stansiyasında vaqonların təkər arabacıqlarının dəyişdirilməsi - 1520 mm standartlı izdən 1435 mm standartlı izə keçirilməsi prosesi başa çatandan sonra qatar Qarsa yola salınıb. Artıq Azərbaycan bayraqlı ilk qatar Türkiyə ərazisindədir.

>

Qeyd edək ki, BTQ dəmir yolunun açılışı bu il oktyabrın 30-da keçirilib. Artıq bu marşrutla Qazaxıstandan Türkiyənin Mersin şəhərinə iki qatar yola salınıb. 30 konteynerdən ibarət birinci qatar noyabrın 4-də Türkiyənin Mersin şəhərinə çatıb və qatarla 600 ton buğda daşınıb. İkinci yük qatarı noyabrın 27-dən Qazaxıstandan yola düşüb. Qatar artıq Gürcüstana çatıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-11946-btq-ile-yola-salinan-azerbaycana-mexsus-ilk-qatar-turkiyeye-catib..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11