idman
"Arsenal" Uolkott barədə qərarını verib
"Arsenal" yanvarda əlverişli təklif alacağı təqdirdə Teo Uolkottu satmağa hazırdır.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi heyətdə yerin boşalması üçün Uolkottun transferini dəstəkləyir. İngilis vinqer artıq onun planlarına daxil deyil. Venqer Mesut Özil və aleksis Sançezin başqa kluba keçmək ehtimalını nəzərə alıb bir neçə yeni futbolçu gətirməyə çalışacaq.
Uolkottun xidmətində "Vest Ham Yunayted" və "Southempton" maraqlıdır. O, 2006-cı ildən "topçular"ın şərəfini qoruyur. Həmin vaxt 16 yaşı olan Uolkott İngiltərənin ən perspektivli futbolçularından biri hesab olunurdu.
>XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR