SAĞLAMLIQ

Əzgil ən yaxşı qankəsici vasitələrdən biridir

  • 06 Dec 2017
  • 358 baxış

Tikanlı subtropik bitki olan əzgil qədim zamanlarda möcüzəli və sehrli ağac sayılırdı. Məsələn, səyahətə çıxan dərvişlər özlərini bədbəxt hadisələrdən qorumaq üçün əzgil ağacından hazırlanmış əsa gəzdirirdilər. Ana olmağa hazırlaşanlar isə hamiləliyin uğurlu keçməsi üçün boyunlarına həmin ağacdan düzəldilmiş həmayil asarmışlar.

Tərkibində olan maddələrə görə əzgil almaya çox bənzəyir. XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, əzgil ən yaxşı qankəsici vasitədir, həzmi yüngülləşdirir, bağırsaqları möhkəmləndirərək qanlı ishal, yəni dizenteriya əleyhinə təsir göstərir, ağciyərləri bəlğəmdən təmizləyir, qıcıqlanmanın qarşısını alaraq tənəffüsü yaxşılaşdırır, ürək ağrılarını yüngülləşdirir. Əzgil şirəsi böyrək daşlarını parçalayır. Yarpağının dəmləməsi qanda şəkərin miqdarını azaldır.

Əzgil meyvəsi ağacdan dərilib bir müddət saxlanandan sonra yeyilir. Həmin müddətdə meyvə bir qədər qıcqırır, yumşalır və yeməli olur. Meyvəni soyuducuda saxlamaqla da yumşaltmaq olur.

>

Sınanmış bəlğəmgətirici vasitə olan əzgilin lətinin balla qarışdırılıb qəbul edilməsi bronxit, öskürək zamanı nəfəsalmanı asanlaşdırır, nəfəs yollarını təmizləyir, iltihabın azalmasına kömək edir.

Əzgil yarpaqlarından hazırlanan dəmləmə orqanizmdən ziyanlı maddələri xaric edir, böyrəkləri duzlardan təmizləyir, orqanizmə iltihabəleyhinə və virusəleyhinə təsir edir. Yarpaqlarının dəmləməsi angina zamanı da yaxşı təsir göstərir. Həmin dəmləmə ilə gündə bir neçə dəfə boğazı qarqara etmək lazımdır. Həmçinin belə dəmləmə damaqları möhkəmləndirir, onların qanamasını azaldır, ağızda iltihablara qarşı mübarizə aparır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO