idman
"Mançester Yunayted"dən klub rekordu
"Mançester Yunayted" Çempionlar Liqasının qrup mərhələsində keçirilən son oyunda CSKA (Moskva) ilə qarşılaşıb. "Old Trafford" arenasında baş tutan oyunda "qırmızı şeytanlar" hesabda geri düşsə də, qalib gəlməyi bacarıb - 2:1.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Yunayted" bütün turnirlər daxil olmaqla evdə məğlubiyyətsizlik seriyasını 40 oyuna yüksəldib. Bu, klubun tarixində rekorddur.
"Manikunianlar" öz meydanında oynadığı son 49 Çempionlar Liqası qrup matçının yalnız 2-də uduzub. 2009-cu ildə "Beşiktaş", 2012 isə "KFR Cluj" Mançesterdən xalla dönmüşdü.
XalqTV.com
Digər maraqlı xəbərlər səhifəsində
RƏYLƏR