idman

UEFA "Milan"ın planlarını qeyri-real hesab edib

  • 07 Dec 2017
  • 258 baxış

UEFA "Milan"ın "Financial fair play" qaydalarını pozmaqla bağlı izahatını qəbul etməyib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, rəhbərlik quruma maliyyə durumunu normala qaytarmaq üçün hazırlanan inkişaf planı təqdim edib. Amma UEFA bunu qeyri-real hesab edib.

"Rossoneri" maliyyə planlarını əsasən Çempionlar Liqasında iştirak üzərində qurub. Komanda A Seriyasında lazımi nəticələr qazanmadığından bu layihə şübhə altındadır. Milan klubunu böyük həcmdə cərimə və ya Avrokuboklara buraxılmamaq cəzası gözləyir.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR