idman

Aqolli: "Əminəm ki, hamınız bizimlə qürur duydunuz"

  • 08 Dec 2017
  • 301 baxış

"Qarabağ"ın müdafiəçisi Ansi Aqolli komandasının UEFA Çempionlar Liqasındakı çıxışını dəyərləndirib.

XalqTV.com futbolinfo.az-a istinadən xəbər verir ki, albaniyalı futbolçu "İnstagram"dakı səhifəsində qitənin ən nüfuzlu klub turnirində bəxtlərinin gətirmədiyini düşündüyünü yazıb:

"Çempionlar Liqası macəramız burada başa çatdı. Bu qrupda iki xal qazana bildik. Amma hər kəs bəxtimizin gətirmədiyini düşünür. Ümumiyyətlə, Avropada "Qarabağ" və Azərbaycan səsləri eşitdik. Əminəm ki, hamınız bizimlə qürur duydunuz. Stadionlardakı möhtəşəm atmosfer, bizə göstərdiyiniz səmimiyyət, sevgi üçün təşəkkür edirəm. İndi yalnız Premyer Liqanı düşünürük. Çünki növbəti mövsüm yenidən Çempionlar Liqasında oynamaq haqqında fikirləşirik".

>

Qeyd edək ki, Çempionlar Liqasının C qrupunda "Roma", "Çelsi və "Atletiko" ilə mübarizə aparan "Qarabağ" 2 xalla qrup mərhələsini sonuncu pillədə başa vurub.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12071-aqolli--eminem-ki--haminiz-bizimle-qurur-duydunuz..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11