idman

Qattuzo: "Futbolçular psixoloji baxımdan davamsızdır"

  • 08 Dec 2017
  • 322 baxış

"Milan" Avropa Liqasının qrup mərhələsində keçirdiyi son oyununda "Rijeka" klubuna 0:2 hesabıyla uduzub. Matç ərzində "Rossoneri"nin rəqibin qapı çərçivəsinə dəqiq zərbəsi belə qeydə alınmayıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, komandanın baş məşqçisi Cennaro Qattuzo məğlubiyyəti şərh edərkən bunları deyib:

"Elə təsəvvür yaranır ki, meydanda mənfi bir şey baş verən kimi "Milan" yoxa çıxır. Bunun üzərində çalışmaq lazımdır. Deyəsən, futbolçular psixoloji baxımdan davamsızdır.

>

Biz oyunlara başqa cür hazırlaşmalıyıq. "Milan"ın formasıı geymisənsə, ona hörmət etməlisən. Məni məyus edən budur. Xorvatiyaya uduzmaq üçün gəlməmişdik. Komanda neqativ tendensiya və mentaliteti dəyişməlidir".

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12085-qattuzo--futbolcular-psixoloji-baximdan-davamsizdir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11