İqtisadiyyat
Azərbaycan yük daşımaları üçün Yaponiyaya ikinci aviareys açdı
"Silk Way West Airlines" aviaşirkəti Bakıdan Kansay Beynəlxalq Hava Limanına (Osaka şəhərinin yaxınlığında) yük daşımaları üçün birbaşa reys açıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, reyslər hər cümə günü Boeing 747-400 və Boeing 747-8F vasitəsilə həyata keçiriləcək.
>Qeyd edək ki, Bakı və Yaponiya arasında yük aviareysləri 2016-cı ildən açılıb. "Silk Way West Airlines" şirkəti Komatsu şəhərinə uçuşlar təşkil edir.
XalqTV.com
RƏYLƏR