SAĞLAMLIQ

Yüksək təzyiqi yaradan amillər arasında əsas yeri bu problemlər tutur

  • 08 Dec 2017
  • 333 baxış

Yüksək təzyiq ürək-qan damar sistemi xəstəlikləri arasında çox geniş yayılan problemdir. Müxtəlif səbəblərdən yaranan təzyiq çox vaxt bir sıra narahatçılıqlara səbəb olur.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pulmonologiya, allerqologiya şöbəsinin müdiri, assistent Kəmalə Ağayeva universitetin mətbuat xidmətinə müsahibəsində deyib.

Həkim bildirib: "Yüksək təzyiq səbəbindən yaranan problemlər arasında əsas yeri nefropatiya və böyrək problemləri tutur.

Qeyri-rasional qidalanma, az hərəkətlilik təzyiqin yüksəlməsində mühüm rol oynayır. Gecə və ya görmə gərginliyi tələb edən işlərdə çalışanlar və əsasən psixoemosional vəziyyətdə olanlarda təzyiqin yaranma riski digərlərinə nisbətən daha yüksəkdir. Belə ki, bu problemin yaranmasında stress və emosional gərginlik mühüm faktorlardandır. Ümumiyyətlə, risk qrupuna daxil olan insanlar duzdan, yağlı qidalardan çəkinməli, asan həzm olunan qidalara üstünlük verməli, daha çox hərəkətli olmalıdırlar".

>

Standart müasir müayinə üsullarının olduğunu vurğulayan həkim, buraya qanda xolesterinin miqdarının, kreatinin səviyyəsinin öyrənilməsinin də vacibliyini vurğulayıb: "Bunlar xəstə üçün təhlükəli risk amili sayılırsa, onda mütləq bu hal dərmanla korreksiya olunmalıdır. Təzyiqin özünün də dərmanla korreksiyası təzyiqin səviyyəsində asılıdır. Ola bilər ki, xəstənin təzyiqi çox da yüksək deyil, lakin yanaşı risk faktorları olduqda, bu, müdaxilə tələb edən hal sayıla bilər. Lakin risk amilləri olmadan da yüksək təzyiq ola bilər.

Yüksək təzyiqlə həkimə müraciət edənlərin hərtərəfli araşdırılması, problemin səbəbinin öyrənilməsi vacibdir. Müayinə və müalicə zamanı əlavə risklər də nəzərdən qaçırılmamalıdır".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO