Dünya

İstanbulda terror aktının qarşısı alınıb

  • 09 Dec 2017
  • 291 baxış

İstanbulda terror aktı hazırlığında olan İŞİD qruplaşmasına məxsus dəstə zərərsizləşdirilib.

XalqTV.com  AZƏRTAC-a istinadən bildirir ki, təhlükəsizlik qüvvələri eyni vaxtda şəhərin üç rayonunda antiterror əməliyyatları keçiriblər. Nəticədə dördü əcnəbi ölkə vətəndaşı olmaqla beş nəfər terrorçuluqda şübhəli bilinərək həbs edilib. Onlardan terrorçuluq məqsədilə istifadə olunan xeyli ləvazimat aşkar edilib.

>

Faktla bağlı təhqiqat aparılır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR