Dünya
Mahmud Abbas ABŞ-ın vitse-prezidenti ilə görüşmədi
Fələstin lideri Mahmud Abbas ABŞ prezidenti Donald Trampın Qüdslə bağlı qəbul etdiyi qərar səbəbindən bu ölkənin vitse-prezidenti Mayk Penslə görüşməyəcək.
XalqTV.com "Report"a istinadən bildirir ki, bunu Abbasın müşaviri Məcdi əl-Xalidi deyib.
"Penslə görüş olmayacaq. Birləşmiş Ştatlar Qüdslə bağlı qərarında qırmızı xətti keçdi", - deyə "The Jerusalem Post" onun sözlərini sitat gətirib.
Bildirilir ki, görüş dekabrın sonunda baş tutmalı idi.
XalqTV.com
>Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
RƏYLƏR