idman

Amerikalı məşhur boksçu Kadırovdan ev istədi

  • 10 Dec 2017
  • 272 baxış

Çeçenistan rəhbəri Ramzan Kadırov amerikalı boksçu Floyd Meyuezerlə görüşündən bəhs edib.

XalqTV.com-ın virtualaz.org-a istinadən məlumatına görə, çeçen lideri bu barədə özünün Telegram kanalında açıqlama yayıb.

"Biz boks və bu idmanın Çeçenistanda, Rusiya və bütün dünyada inkişafı barədə söhbət etdik. Onun əlli görüşün hamısında qələbə qazanması təcrübə baxımından çox vacibdir", - Kadırov vurğulayıb.

>

Çeçenistan rəhbəri bildirib ki, boksçu Rusiya vətəndaşı olmaq istəyini təsdiqləyib.

"Meyuezer Moskvada artıq evinin olduğunu dedi. Sonra isə Qroznıda da ev istədiyini bildirdi", - R.Kadırov əlavə edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR