idman

Haci oğluna yeni klub axtarır

  • 10 Dec 2017
  • 312 baxış

"Qalatasaray"ın əfsanəvi futbolçularından olan George Haci oğlu Yanisə klub axtarır. Gənc futbolçu "Fiorentina"da çıxış edir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, rumıniyalı mütəxəssis Florensiya klubunun ilkin razılaşmaya əməl etmədiyini bildirib. 

"1.5 il öncə "Fiorentina" ilə anlaşanda onu oynatmağa söz vermişdilər. Təəssüf ki, dedikləri kimi olmadı. Hansı səbəbə meydana çıxmadığını deyə bilmərəm, klubu ittiham etmək istəmirəm. Oğlum üçün düzgün həll yolu tapmalıyam. "Fiorentina" rəhbərliyi ilə danışdım, fikirlərini bilirəm. Yanisin oynaması zəruridir. Hədəfimiz yüksək dəstədir. Amma B Seriyası da ola bilər". 

>

Yanis Haci 2016-cı il 10 iyulda "Fiorentina"nın heyətinə qoşulub. Onun A Seriyasında debüt oyunu oktyabrın 23-də "Cagliari" ilə oyuna təsadüf edib. Gənc yarımmüdafiəçi "bənövşəyilər"in heyətində cəmi 2 oyun keçirib. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12154-haci-ogluna-yeni-klub-axtarir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11