idman

"Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə "Beşiktaş"ı arzu edir"

  • 11 Dec 2017
  • 332 baxış

"Çelsi"nin kapitanı Qari Keyhill Çempionlar Liqasının 1/8 final mərhələsindəki potensial rəqibləri barədə açıqlama verib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü 1/8 finalda "Beşiktaş"la qarşılaşmaq istəmədiyini deyib. Keyhill PSJ və ya "Barselona"dan biri ilə qarşılaşmaq istəyir:

"Komanda yoldaşlarım və baş məşqçimiz püşkatmada bəxtimizə "Beşiktaş"ı arzu edir. Ancaq mən "Barselona" və ya PSJ-ni istəyirəm. İrəliləmək istəyiriksə, bu yolda "Barselona" və ya PSJ ilə qarşılaşacağıq. İndi və ya sonra düşməyin bir fərqi yoxdu. "Beşiktaş" da olduqca təhlükəli rəqibdi. Qrupu lider kimi başa vurublar".

>

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatması dekabrın 11-də keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/19/cached-xeber-12175-komanda-yoldashlarim-ve-bash-meshqcimiz-pushkatmada-bextimize-beshiktashi-arzu-edir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11