idman

Şəhriyar Məmmədyarov Çində 2-ci oldu

  • 11 Dec 2017
  • 275 baxış

Çinin Huayan şəhərində Dünya İntellektual Oyunlarında şahmatın rapid növü üzrə yarışlara yekun vurulub.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, turnir Azərbaycan millisinin lideri Şəhriyar Məmmədyarov üçün uğurlu alınıb.

Yarışda 7 matçdan 4,5 xal toplayan həmyerlimiz gümüş medala sahib olub. O, VI turda məğlub olduğu rusiyalı Dmitri Andreykindən geri qalıb. İlk "üçlüy"ü vyetnamlı Liem Le qapayıb (4,5 xal).

>

Turnirdə mübarizə aparan digər həmyerlimiz Rauf Məmmədov 2,5 xalla 12-ci olub. 

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR