idman

Kintanadan 2 yubiley

  • 11 Dec 2017
  • 264 baxış

IV turdan təxirə salınan "Səbail" - "Qarabağ" oyununda vurduğu qolla qonaqların qələbəsində pay sahibi olan Dani Kintana ikiqat yubiley qeyd edib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, matçda 2-ci qolun  müəllifi üçün bu top tarixi olub. "Səbail"in qapısından keçirilən qol ispaniyalının Premyer Liqada, hamısı "Qarabağ"da olmaqla 20-ci qoludur. O, Ağdam təmsilçisindəki 56-cı matçında ikinci "onluğ"u tamamlayıb. Həmin qol Kintananın ümumilikdə "Qarabağ"dakı 25-ci topdur. O, bu yubileyi 91-ci oyununda rəsmiləşdirib.

Qeyd edək ki, "Qarabağ" səfər oyununda 2:0 hesabı ilə qələbə qazanıb.

>

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR