idman
"Çempionlar Liqasında yaxşı oyun üçün tələb olunan xarakteri artıq nümayiş etdirmişik"
"Manşester Siti" Çempionlar Liqasının 1/8 final mərhələsində "Basel"lə qarşılaşacaq. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "şəhərlilər"in idman direktoru Çiki Beqiristayn İsveçrə klubunu arzuolunan rəqib kimi dəyərləndirsə də, rəqibə hörmət etdiklərini də vurğulayıb.
"Basel"ə hörmət etməli və ehtiyatı əldən verməməliyik. Onlarla qarşılaşmada ən yaxşı oyunumuzu göstərməliyik. Mümkün qədər irəli getmək istəyirik. "Napoli" ilə qarşılaşmalarda səfərdə də oynaya bildiimizi göstərdik. Qrupdan çıxmaq üçün mübarizə aparmalı idik. Fikrimcə, Çempionlar Liqasında yaxşı oyun üçün tələb olunan xarakteri artıq nümayiş etdirmişik".
XalqTV.com
>RƏYLƏR