SAĞLAMLIQ

Tənəffüs xəstəlikləri üçün bal və sarımsaq

  • 12 Dec 2017
  • 371 baxış

Bal və sarımsaq təbiətin insan sağlamlığı üçün bəxş etdiyi ən böyük hədiyyələrdən ikisidir.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, aktiv komponentləri və əhəmiyyətli maddələri bədəni canladırır, ciddi xəstəliklərin meydana gəlməsinə mane olur.
Bəz insanlar hesab edir ki, bal və sarımsaq ənənəvi Çin tibbindən gələn bir müalicə üsuludur, bəziləri isə, Misir mədəniyyətinin bir parçası olduğunu hesab edir.
Ancaq qəti olan bir şey varsa o da, təbii olmaqla yanaşı təsirləri sübut edildiyi üçün dünya səviyyəsində olduqca qiymətli bir müalicə üsulu olmasıdır.
 
Bal və sarımsaq müalicəsi necə hazırlanır?
Bal və sarımsaq müalicəsi, tənəffüs xəstəliklərinin əlamətlərilə mübarizə etmək üçün hazırlana bilər. Eyni zamanda bu xəstəliklərdən qorunmaq üçün istifadə edə bilərsiniz.
Davamlı olaraq istifadə etsəniz, viral və bakterial hücumlardan qorunmaq üçün bədəninizin müdafiə mexanizmini gücləndirmiş olarsınız.
 
Vəsaitlər
3 diş sarımsaq
1 stəkan təbii bal (335 qr)
1 sterilizə edilmiş şüşə qab
 
Hazırlanması
Sarımsaqları bir neçə dilim və parça halında kəsin, qaba qoyun. Sarımsaqların üstünə balı əlavə edin və sərin, qaranlıq bir yerdə saxlayın. 1 həftə saxladıqdan sonra istifadə etməyə başlaya bilərsiniz. Xəstəliklərdən qorunmaq üçün nahardan əvvəl bir yemək qaşığı qəbul edin. Bir xəstəliyi müalicə etmək istəyirsinizsə, 1 həftə ərzində gündə maksimum 5 yemək qaşığı qəbul edin.

XalqTV.com

>

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO