İqtisadiyyat

BMT: 2018-ci ildə Azərbaycan iqtisadiyyatı artacaq

  • 12 Dec 2017
  • 420 baxış

BMT 2018-ci ildə Azərbaycan iqtisadiyyatının 1,8 faiz artacağını proqnozlaşdırır.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bu barədə təşkilatın İqtisadi və sosial məsələlər departamentinin hazırladığı "Dünya iqtisadiyyatının vəziyyəti və perspektivlər" adlı hesabatda deyilir.

Hesabata əsasən, 2017-ci ildə Azərbaycanın ÜDM-i 1 faiz azalacaq, 2019-cu ildə isə 2,3 faiz artacaq.

>

Qeyd olunur ki, 2018-2019-cu illərdə ölkə iqtisadiyyatının bərpasına "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına başlanması da kömək edəcək.

BMT-nin 2018-ci ilə proqnozları Azərbaycan hökumətinin gözləntilərini üstələyir. Belə ki, hökumət 2018-ci ildə ÜDM-in real artımını 1,5 faiz səviyyəsində proqnozlaşdırır. Hökumət 2017-ci ildə iqtisadi artımın 0,3 faiz səviyyəsində olacağını gözləyir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-12257-bmt--2018-ci-ilde-azerbaycan-iqtisadiyyati-artacaq..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11