İqtisadiyyat

Sahibkarların nəzərinə: İnvestisiya layihələri qəbul edilir

  • 12 Dec 2017
  • 417 baxış

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Göyçay rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

XalqTV.com xəbər verir ki, fondun Göyçay rayonunun Ulaşlı Şıxlı kəndində keçirdiyi işgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, Göyçay rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- startap layihələrin maliyyələşdirilməsi;
- müasir heyvandarlıq, intensiv bağçılıq, cins heyvandarlıq, istixana, quşçuluq və çəltikçilik təsərrüfatlarının yaradılması;
- meyvəqurutma müəssisəsinin yaradılması.

>

Sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi üçün müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

XalqTV.com

Digər maraqlı xəbərlər  səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR

Warning: fopen(../cache/2026/04/18/cached-xeber-12266-sahibkarlarin-nezerine--investisiya-layiheleri-qebul-edilir..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11