Dünya
Saakaşvili Ukrayna Baş Prokurorluğunda dindiriləcək
Gürcüstanın sabiq prezidenti, Odessa vilayətinin keçmiş qubernatoru Mixeil Saakaşvili dindirilmə prosesində iştirak etmək üçün Ukrayna Baş Prokurorluğuna gedəcəyini bildirib.
XalqTV.com "Report"a istinadən bildirir ki, sorğu-sual dekabrın 18-nə təyin olunub.
"Mən qanuna riayət edəcəyəm, lakin bu prokurorluğa heç bir halda hörmət etməyəcəyəm", - deyə Saakaşvili ZIK telekanalının efirində bildirib.
Bundan əvvəl Baş Prokurorluq Saakaşvilini şübhəli şəxs qismində dindirilməyə çağırıb.
XalqTV.com
>Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində
XalqTV.com-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
RƏYLƏR