SAĞLAMLIQ

Xəstələrə meyit orqanlarından istifadə etmək üçün konsepsiya hazırlanır - VİDEO

  • 13 Dec 2017
  • 531 baxış

Bu il Mərkəzi Neftçilər Xəstəxanasında 76 xəstəyə böyrək, 9-na isə qaraciyər köçürülüb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan transplantasiyası şöbəsinin müdiri Mircəlal Kazımi mətbuat konfransında deyib.

O qeyd edib ki, xəstələrin 22 faizi uşaqlardır: "Ən kiçiyinin 5 yaşı var. Bu il əməliyyatdan sonra ölən xəstə olmayıb. Təəssüf ki, xəstələrin sayı artsa da, donorların sayı az və tərs mütənasibdir. Donor hovuzunun artırılma yollarından və ən çox yayılmış olanı meyit orqanlarından istifadədir".

M.Kazımi həmçinin vurğulayıb ki, donor tapa bilməyən xəstələr üçün çarpaz orqan transplantasiyasını icra etmişik: "Xəstələr öz aralarında qan qrupları uyğun olacaq şəkildə donorlarını dəyişdirirlər. Bu əsasən II və III qan qruplarını daşıyan xəstələrə aiddir. Bu il 1 cütə belə əməliyyat icra olunub. 3 cüt də hazırlaşır və yəqin ki, gələn il də onlar əməliyyat olunacaqlar".

>

O deyib ki, hazırda dövlət tərəfindən ehtiyacı olan xəstələrə meyit orqanlarından istifadə etmək üçün müəyyən konsepsiya işlənilir.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45970 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 864 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 863 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 854 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 953 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO

Warning: fopen(../cache/2026/05/13/cached-xeber-12311-xestelere-meyit-orqanlarindan-istifade-etmek-ucun-konsepsiya-hazirlanir---video..html): failed to open stream: No such file or directory in /home/xalqtv/public_html/bottom-cache.php on line 9

Warning: fwrite() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 10

Warning: fclose() expects parameter 1 to be resource, boolean given in /home/xalqtv/public_html/bottom-cache.php on line 11