SAĞLAMLIQ

"Qaraqurd sancmasından 5 nəfər ölüb"

  • 15 Dec 2017
  • 379 baxış

Bu il qaraqurd sancmasından 5 nəfər ölüb.

XalqTV.com APA-ya istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş toksikoloqu Azər Maqsudov deyib.

Onun sözlərinə görə, ötən illə müqayisədə 2017-ci ildə qaraqurd sancmasından ölüm halları azalıb.

Baş toksikoloq bildirib ki, bu il sirkə turşusundan 237 nəfər zəhərlənib: "Sirkə turşusundan zəhərlənənlərdən 1 nəfəri ölüb. Ötən illə müqayisədə sirkə turşusundan ölənlərin sayında azalma var".

>

A. Maqsudov qeyd edib ki, ilan sancmalarının sayı artıb: "Bu il 104 nəfər ilan sancması ilə Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Müraciət edənlər arasında ölüm halı qeydə alınmayıb".

Baş toksikoloq onu da qeyd edib ki, il ərzində 89 nəfər spirtli içkidən zəhərlənib: "Ötən illə müqayisədə bu il spirtli içkidən zəhərlənənlərin sayı daha çox olub. Spirtli içkilərdən zəhərlənənlər arasında ölüm halı qeydə alınmayıb".

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45881 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 764 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 742 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO