Dünya

Quterreş Ruhanini təbrik edib

  • 23 May 2017
  • 199 baxış

BMT-nin baş katibi Antoniu Quterreş Həsən Ruhanini yenidən İran prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə baş katibin müavini Stefan Cüjarrik deyib.

"Baş katib İran hökümətini və xalqını prezident seçkilərinin uğurlu keçirilməsi, Həsən Ruhanini isə yenidən prezident seçilməsi münasibətilə təbrik edib. O, İran prezidenti və höküməti ilə qarşılıqlı surətdə maraqlı məsələlər üzrə əməkdaşlığın davam etdirilməsini gözləyir", - müavin deyib.

Qeyd edək ki, mayın 20-də İranda prezident seçkiləri keçirilib. 57 faiz səs toplamaqla Həsən Ruhani yenidən İranın prezidenti seçilib.

XalqTV.com

Digər maraqlı xəbərlər XalqTV.com-ın Facebook səhifəsində

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR